“Bakı ilə əsir və girovları dəyişdirmək qanuna ziddir” – Ermənistan Müdafiə Nazirliyi

17:07 | 13 Sentyabr, 2019

Ermənistanın Müdafiə Nazirliyinin nümayəndəsi Yerevan və Bakı arasında əsir və girovların dəyişdirilməsi məsələsini şərh edib

“Yerevan Qarabağda (işğal olunmuş Azərbaycan torpaqları. red.) diversaiya aktı törədən və Ermənistan vətəndaşlarını qətlə yetirən iki Azərbaycan vətəndaşının dəyişdirilməsi məsələsini qanunauyğun hesab etmir”. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyan bugün keçirdiyi mətbuat konfransında deyib.

Karen Kazaryan və Araik Kazaryanın Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dəyişdirilmə ehtimalı barədə sualı cavablandıran Ovannisyan bildirib ki, “əvvəla bu dəyişdirmə qanuna uyğun sayıla bilməz. İkincisi də, heç kim deməyib ki, Azərbaycan bu dəyişdirməyə razıdır”.